SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib

Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22-04-2021, 23:33

Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, layihənin proqramına əsasan #Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələr üçün muzey gəzintisi təşkil olunub. Ardınca isə onlar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak ediblər. Oyun üçün tərtib olunan suallar məhz, ekskursiyalarda verilən məlumatlarla bağlı olub. Heydər Əliyev Muzeyindən başlanan ekskursiya “Xalça”, C.Naxçıvanski, “Milli Dəyərlər” və “Ədəbiyyat” muzeylərində davam edib. Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırılıb.
Ekskursiya bitdikdən sonra #Naxçıvan Tibb Kolleccində “Nə? Harada? Nə zaman?” İntellektual Oyununa start verilib. İntellekt yarışında ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 5 komanda mübarizə aparıb. Hər komandanın heyətində 5 oyunçu olub. 2 turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Oyunda topladıqları xal və ümumi reytinq göstəricisi bərabər olduğundan üstünlüyə malik iki komanda üçün daha bir neçə sual əlavə olunub. Nəticədə Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası ümumi hesabda önə keçərək qalib gələn tərəf olub. "Naxçıvan" Universitetinin “İstiqlal” və Naxçıvan Texniki Kollecinin “Zirvə” komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi bilik yarışının sonunda ilk üçlükdə qərarlaşan komandalara və üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31