SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Aras Karqo”, “Nurlu Karqo” və “Etibarlı Karqo” sürətli poçt xidmətləri göstərməsi hüququnu qazandılar

“Aras Karqo”, “Nurlu Karqo” və “Etibarlı Karqo” sürətli poçt xidmətləri göstərməsi hüququnu qazandılar
22-04-2021, 16:22

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən tədbirlər sırasında növbəti addım olaraq 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikada sürətli poçt göndərişlərinə lisenziyaların verilməsi muxtar respublikada karqolar arasında sağlam rəqabəti artırır ki, bu da hər bir karqo şirkətindən öz üzərində ciddi işləməyi tələb edir. Sürətli poçt xidmətlərinin göstərilməsi, xidmətlərin tarifləri, qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və malların göndərilməsi, bağlamaların qəbulu, qablaşdırılması, göndərişlərin çatdırılma müddətləri zamanı karqo şirkətlərinin üzərinə böyük iş düşür. Vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərməsinə zəmin yaradır.

Xatırladaq ki, artıq “Sürət Kargo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir. Lisenziya verilmiş karqo şirkətləri sakinləri düşünərək həm internet saytları üzərindən sürətli poçt göndərişlərinin izlənməsi, həm də sosial şəbəkələr üzərindən onlayn xidmət göstərirlər. Onlayn xidmətləri istifadəyə verməklə vətəndaşların məmnunluğunu artırmağa çalışırlar. Eyni zamanda sakinlər üçün şəxsi kabinetindən istifadə edərək, saytlardan rahatlıqla istədikləri əşya və geyimləri onlayn sifariş etmək, həmçinin bağlamaların göndərilməsi və digər məlumatları görmək imkanı yaradılır.

Məlumat üçün bildirilir ki, sürətli poçt xidmətləri ilə məşqul olmaq istəyən şəxslər real iş vaxtı rejimində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində yaradılmış komissiyaya müraciət edə bilərlər. Lisenziyanın verilməsi üçün komissiyaya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan rəfiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100 m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd də tələb olunan şərtlər sırasındadır.

Qəbul edilmiş qaydalar muxtar respublikada bundan sonra da sürətli poçt xidmətlərinin daha təkmil formada inkişafına və müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərilməsinə geniş imkanlar yaradacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31