SON DƏQİQƏ

naxcivanxeberleri.com

QMİ sədri: “Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır”

QMİ sədri: “Bu il Ramazan ayı bizim üçün həm də Zəfər ayıdır”
22-04-2021, 15:09

“Bu il Ramazan ayı bizim üçün həm də Qarabağ torpaqlarımızın azad olunması ilə əlaqədar Zəfər ayıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimizin, hərbçilərimizin şücaəti ilə torpaqlarımızı işğaldan azad etdik”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin "114 TV" internet televiziyasına müsahibəsində deyib.

Şeyxülislam vurğulayıb ki, torpaqlarımız 30 illik əsarətdən azad olunub:

“Baxmayaraq ki, həmin ərazilərdə olan bir çox məbədlərimiz, məscidlərimiz, hətta sinaqoq və kilsələr dağıdılaraq yerlə-yeksan edilib. Bu da erməni vandalizminin bizim torpaqlarımızda yaratdığı mənzərədir. Biz əlbəttə, həmin yerləri başqa dinin nümayəndləri ilə birlikdə ziyarət etdik. Dini məbədlərimizdə haram heyvanların saxlanılması islamofobiyaya, islama və İslam dininə və azərbaycanlılara olan münasibət idi. Dünya ictimaiyyəti bütün bunları bilməli və həqiqətləri dünya ictiamiyyətinə çatdırmağı bacarmalıyıq”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31