SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik

Koronavirusu simptomsuz keçirən xəstələr həkim nəzarətində olmalıdır - Nazirlik
22-04-2021, 13:21

PZR testi (polimeraz zəncir reaksiyası) pozitiv olan şəxslər 2 həftə müddətində ev şəraitində özlərini təcrid etməlidirlər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

O bildirib ki, özünü təcrid etməklə onlar ətrafda olan insanları virusa yoluxdurmur, eyni zamanda xəstəlik inkişaf edərsə onun ağırlaşmasının qarşısını alınır: "Xəstəliyi simptomsuz (klinik əlaməti olmayan) keçirən xəstələrdə ev şəraitində həkim nəzarətində olmalıdır. Testi pozitiv çıxan, lakin heç bir klinik laborator dəyişikliyi olmayan şəxslərə müalicə təyin edilmir.

Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Xəstənin yaşı, yanaşı xəstəliyi, xəstəliyin ağırlıq dərəcəsi və s. kimi şərtlər mütləq nəzərə alınmalıdır. Xəstəliyin ağırlıq dərəcəsindən, yanaşı xəstəliklərdən aslı olaraq müalicə müddəti dəyişilə bilər. Orta hesabla müalicə müddəti 2 həftədir. Ağırlaşmış xəstələrdə bu müddət uzana bilər.

Qeyd etdiyim kimi xəstəliyi simptomsuz keçirən şəxslərə heç bir müalicə təyin edilmir. Bu şəxslər yalnız özlərini ev şəraitində 2 həftə təcrid etməlidir".

V.Cavadzadə deyib ki, xəstəliyi yüngül keçirənlərə 10-14 gün müddətində yalnız tərkibi vitaminlər və minerallarla zəngin olan polivitaminlər təyin edilə bilər?: "Xəstəliyi yüngül və orta ağır keçirən şəxslər gün ərzində bol maye qəbul etməli, kifayət qədər vitamin və zülalla zəngin qidalarla qidalanmalıdırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31