SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanunvericilikdə torpaq icarəçisinin hansı hüquqları müəyyən edilib?

Qanunvericilikdə torpaq icarəçisinin hansı hüquqları müəyyən edilib?
22-04-2021, 12:10

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq icarəçisinin hüquqları aşağıdakılardır:  

Torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş  həddə sərbəst istifadə etmək, icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək, icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək, icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq, icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək, dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək, qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31