SON DƏQİQƏ

naxcivanxeberleri.com

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
19-04-2021, 12:11

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak edib.

Azad edilmiş torpaqlarda mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə həftəlik hesabatlar dinlənilmiş, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.

Aidiyyəti qurumlar tərəfindən qarşıya qoyulmuş plana əsasən bir neçə infrastruktur, nəqliyyat, həmçinin torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatdırılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Eləcə də, minatəmizləmə fəaliyyətinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə bu sahədə birgə humanitar minatəmizləmə standardlarını əsas tutaraq qurumlararası təlimlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritetlər və verilən tapşırıqlar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün aidiyyəti qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə effektiv şəkildə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində, vahid bir strategiya ilə fəaliyyət göstərilməsinin təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031