SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda xalçaçılıq ənənələri qorunur

Naxçıvanda xalçaçılıq ənənələri qorunur
18-04-2021, 11:30

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin muxtar respublika ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Bu sahənin inkişafı muxtar respublikada bu gün də diqqət mərkəzində saxlanılır. Belə ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018- 2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, xalça çeşnilərinin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir. Dövlət proqramına uyğun olaraq 2021-ci ilin ötən dövrü ərzində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 2 xalça toxunub, 14 xalçanın satışı həyata keçirilib, eləcə də 2 xalçanın toxunuşu davam etdirilib. Naxçıvan xalçalarının keyfiyyətli yundan toxunması üçün muxtar respublika ərazisinin flora ehtiyatları, zəngin təbii boyaq bitkiləri nəzərə alınaraq Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində xalçaçılıq sənətinə marağın artması bu sahədə peşə təhsilinin və müvafiq kursların təşkili ilə bağlı tədbirlərin geniş vüsət almasına yol açıb. Dövlət proqramında xalçaçılıq sahəsi üzrə sənətkarların bədiitexniki iş üsullarının öyrənilməsi, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi barədə tapşırıqlar verilib. Cari ilin ötən dövrü ərzində Ordubad Texniki Peşə və Sürücülük Məktəbində təhsil alan 14 müdavim xalçaçılıq kursu keçərək, bədii və texniki iş üsullarını öyrənib. Müdavimlərə müvafiq sertifikatlar təqdim olunub. Bu sahədə fəaliyyətin daha da genişləndirilməsi üçün Ordubad rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində xalçaçılıq dərnəyinin yaradılması istiqamətində lazımi işlər həyata keçirilir. Dövlət proqramına uyğun olaraq əllə toxunmuş xalçaların reyestri sistemi yaradılıb və 2021- ci ilin I rübündə 10 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib. Xalçaçılıq sənətinin qədim tarixə və ənənələrə malik olmasını bu istiqamətdə aparılan tədqiqat işləri də sübut edir. Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması bu sahədə unudulmaqda olan ənənələrin bərpasına şərait yaradır. Eyni zamanda, tədqiqatlar nəticəsində əldə edilən məlumatlar xalçaçılıq irsinin təbliği üçün yeni imkanlar açır. Cari ilin I rübündə Dövlət proqramına uyğun olaraq Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması davam etdirilib. AMEAnın Naxçıvan Bölməsində aparılan tədqiqatlar nəticəsində xalçaçılıqla bağlı 3 elmi məqalə nəşr olunub. Bölmənin əməkdaşları bu ilin yanvar ayında Moldova Respublikasının Comrat şəhərində keçirilən “Fənlərarası elmi araşdırmalar üzrə III Beynəlxalq Avropa konfransı”nda “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı” mövzusunda çıxış edib və konfransın məruzələr toplusu çap olunub. Bir sözlə, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası qədim diyarda bu sahədə maddimədəni irsin mühafizəsi ilə bağlı yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31