SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ustad dərs keçirilib

Ustad dərs keçirilib
17-04-2021, 21:09

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək rayon bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə ustad dərs keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində keçirilən ustad dərsi Beynəlxalq usta, Beynəlxalq hakim və Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Fikrət Sideifzadə aparıb. Ustad dərsinin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə şahmata marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi, asudə vaxtlarının səmərəli təşkili, zehni məşğələlərə stimullaşdırmaq, eləcə də onların peşəkar idmançı kimi yetişməsinə təkan vermək olub. Beynəlxalq usta Fikrət Sideifzadə 24 şahmatçıya mövzu ilə bağlı faydalı məsləhətlərini verib. Daha sonra dərəcəli şahmatçılarla debütlərin prinsipləri və sonluq strategiyaları ilə bağlı oyunlar təhlil olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Həmin gün Uşaq-gənclər şahmat məktəbində Beynəlxalq usta, Beynəlxalq hakim və Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Fikrət Sideifzadə və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi Beynəlxalq Qrossmeyster Urfan Sevdimaliyev rayonun dərəcəli şahmatçıları ilə seans oyunu keçiriblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31