SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahələrdə şum qaldırma işləri davam edir

Sahələrdə şum qaldırma işləri davam edir
17-04-2021, 18:05

Rayonumuzun taxılçıları ötən ili yüksək göstəricilərlə başa vurublar. Cari ildə bol məhsul əldə etmək üçün təsərrüfat sahibləri səylə çalışırlar. Sahə- lərdə şumlama işləri davam edir. Gələcək məhsuldarlığın yüksək olması üçün indidən lazımi tədbirlər görülür. Sahələrə səpilən gübrələr şumlanma vasitəsilə qarışdırılır. Beləliklə, ata-babalarımızın əsrlərin sınağından uğurla çıxardığı belə təcrübələrə əsaslanan torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan torpaq şumunu sürətlə davam etdirirlər. Məlumdur ki, erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şualarının təsirindən məhv olur. Torpaq şumunun vaxtında aparılması, həmçinin torpağı müəyyən qədər zənginləşdirir. Bunun vacibliyini sınaqdan keçirən kənd əməkçiləri şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar. İndiyədək 295 hektarda şum qaldırılmış, 209 hektar sahədə əkin işləri görülmüşdür. Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat vardır. Əkin üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31