00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Şərur rayonunda əhaliyə nümunəvi rabitə xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır
Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılmış məqsəsdyönlü tədbirlər yeni texnologiyaların və rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaratmışdır.
Muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilib, bu sahədə mühüm irəliləyişlər əldə olunub. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şərur rayonu da göstərilən bu diqqət və qayğıdan kənarda qalmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə cari ilin yanvar ayında Şərur rayonun Şəhriyar kəndində yeni Rabitə Evinin istifadəyə verilməsi görülən işlərin məntiqi davamıdır.
Avtomat Telefon Stansiyaları müasir tələblərə cavab verən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyaları ilə əvəz olunub ki, bu da əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet və bir sıra digər telekommunikasiya xidmətlərinin göstərilməsinə səbəb olub. Bunlarla yanaşı, rayonda istismara yararsız rabitə xətləri yenilənir, taxta dayaqlar müasir üslubda hazırlanmış metal rabitə dirəkləri ilə əvəz olunur, fiber-optik xətlər çəkilir.
Rayonda əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi və telekommunikasiya şəbəkəsinin inkişafına dair konkret vəzifələr müəyyənləşdirilib, bu sahədə mühüm layihələr icra olunmaqdadır. Yeni nəsil rabitə texnologiyalarının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir. Son zamanlar əhalinin internet xidmətlərinə olan tələbatın təmin edilməsi, eyni zamanda keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə bir sıra işlər görülməkdədir. Belə ki, Şərur şəhəri, rayonun Oğlanqala, Mahmudkənd, Zeyvə, Maxta, Siyaqut, Aralıq, Düdəngə, Yengicə, Oğuzkənd, Danyeri, Püsyan, Ələkli, Çərçiboğan, Çomaxtur, Arbatan, Alışar, Şəhriyar kəndlərində fəaliyyət göstərən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarına 32 yerlik internet plataları əlavə edilib ki, nəticə etibarı ilə 600-ə yaxın internet istifadəçisinin sayının artmasına şərait yaranıb.
Rayon sakinlərinə nümunəvi rabitə xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.