15:55 - Ərdoğan BƏƏ Dövlət naziri ilə telefonla danışıb
15:50 - Son üç ayda Azərbaycanda televiziyaya baxanların sayı açıqlanıb
15:45 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirib
15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib-FƏRMAN
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
14:55 - Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
Sədərək rayonunda əhaliyə nümunəvi rabitə və internet xidmətləri göstərilir
Sədərək rayonunda bütün sahələrin davamlı inkişafı rabitə sahəsini də əhatə edib. Yeni texnologiyaların tətbiqi ilə əlaqədar mühüm layihələr həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, rayonda əhaliyə nümunəvi rabitə və internet xidmətləri göstərilir.
Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq rayon üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılmış, yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilmişdir. Bunlarla yanaşı, rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, istismar zamanı sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.
Rayonda yeni fiber-optik xətlər çəkilir və bu xətlər üzərində iritutumlu telekommunikasiya şəbəkələri qurulur. Bunlar da öz növbəsində rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradır.
Yeni nəsil rabitə texnologiyalarının qurulması və nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir. Rayon sakinlərinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə bir sıra işlər görülməkdədir. Rayon mərkəzində və kəndlərdə fəaliyyət göstərən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarına internet platası əlavə edilib. Belə ki, Heydərabad qəsəbəsində 1, rayonun Sədərək kəndində 3, Qaraağac kəndində 1, Dəmirçi kəndində 4 ədəd olmaqla, ümumilikdə 9 ədəd 32 yerlik internet platası Avtomat Telefon Stansiyalarına əlavə edilib. Nəticə etibarı ilə 300-ə yaxın internet istifadəçisinin sayının artmasına şərait yaranıb.
Rayon sakinlərinə nümunəvi rabitə xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.