SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sudan istifadə edənlərin vəzifələrinə  nələr daxildir?

Sudan istifadə edənlərin vəzifələrinə  nələr daxildir?
14-04-2021, 15:25

Su Məcəlləsinə əsasən sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır:

-su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək,

-sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək,

-tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək,

-su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək,

-su obyektlərindən təyinatına görə istifadə etmək,

-su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq,

-sudan istifadənin uçotunu aparmaq,

- sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək, 

-Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31