SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hüseyn Cavidin “Ana” dramı dram dərnəyinin üzvləri tərəfindən səhnələşdirilib 

Hüseyn Cavidin “Ana” dramı dram dərnəyinin üzvləri tərəfindən səhnələşdirilib 
13-04-2021, 21:30

Aprelin 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Hüseyn Cavidin “Ana” dramı mərkəzin dərnək üzvləri tərəfindən səhnələşdirilib. Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə eyni zamanda mərkəzin dram dərnəyinin rəhbəri Təranə Mirzəyevanın ssenarisi əsasında hazırlanan “Ana, mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı vətənpərvərlik mövzusunda səhnəciklər də nümayiş olunub.

Şagirdlərdə milli mədəniyyət nümunələri olan bədii ədəbiyyatlara müraciət edərək oxu vərdişlərini formalaşdırmaq, teatr tamaşalarına şagirdləri cəlb etməklə yaradıcılıqlarını istiqamətləndirmək məqsədilə təşkil olunan tədbirdə Naxçıvan şəhər ümumtəhsil məktəblilərinin şagirdləri iştirak ediblər.

Vətənpərvərlik mövzusunda hazırlanan tamaşa şəhər məktəbliləri tərəfindən maraqla qarşılanıb.

Məktəblilər arasında bu cür tədbirlərin təşkili şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, milli və ümumbəşəri dəyərlər əsasında yetişməsində, onların yüksək mənəvi keyfiyyətlərinin və estetik zövqlərinin formalaşmasında mühüm rol oynayır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930