SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qubadlıda çaylara farel balıqları buraxılıb

Qubadlıda çaylara farel balıqları buraxılıb
13-04-2021, 15:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Qubadlı rayonuna mediatur təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə xallı farel balıqları çaya buraxılıb.

Ekokəlogiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, çəkisi 30-50 qram olan 1 000 ədəd körpə balıq çay hövzəsinə buraxılıb: "Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycanın “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses işğaldan azad olunan ərazilərdəki çaylarda həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".

Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031