SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin tələbələri açıq səma altında etüddə olublar

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin tələbələri açıq səma altında etüddə olublar
9-04-2019, 13:25

Bu gün Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələri açıq səma altında etüddə olublar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, etüd Gülüstan türbəsi ərazisində keçirilib. Tələbələrə İnstitutun Təbiət və incəsənət fakültəsinin dekan müavini Çapay Quliyev və İnstitutunun baş müəllimi, əməkdar rəssam, həmin kursda kompozisiya, bədii yaradıcılıq fənninin tədris edən müəllim Həbibə Allahverdiyeva rəhbərlik edib..
İlk öncə H.Allahverdiyeva Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 07 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən bərpa olunan Əcəmi Naxçıvanı memarlıq məktəbinin yadigarı Gülüstan türbəsi haqqında məlumat vermiş, Naxçıvanın qədim memarlıq incilərindən olan bu türbənin tarixi haqqında, memarlıq quruluşundan danışmışdır. Sonra tələbələr seçdikləri tərəfdən türbənin gözəl görüntülərini öz tablolarında əks etdirmişdir. Gənc rəssamlar mənzərə və türbə təsvirlərini kətan üzərində yağlı boya və karton üzərində karandaşla çəkilmişdir. Etüddə böyük həvəslə iştirak edən tələbələr oradan zəngin təəssüratla ayrılıblar.
Bu etüdün keçirilməsi tarixi-memarlıq abidələrimizin tanıdılması, təbliği, tələbələrin bilik və bacarıqlarının artırılması baxımında böyük əhəmiyyət daşıyır.
Tələbələrin işlədikləri etüdlar semestrin sonunda İnstitutun sərgi salonunda keçiriləcək "Məzun" sərgisində nümayiş etdiriləcəkdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930