17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
12:30 - Əfqanıstanda məscidə silahlı hücum zamanı səkkiz nəfər öldürülüb
12:16 - İranda güclü zəlzələ qeydə alınıb
12:00 - Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçlılığı ilə Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində müəllimlərin və texniki heyətin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Naxçıvan şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında mədəniyyət işçilərinə məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova bu cür maarifləndirici söbətlərin vacibliyini vurğulamış və tədbirin əhəmiyyəti barədə müəllimlərə və texniki işçilərə məlumat vermişdir. Həmçinin, məruzəçi mədəniyyət müəssisələrində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə keçirilən dərslərin əhəmiyyətindən, işçilərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi, təbii fəlakətlər zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə radiasiya təhlükəsi zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.
Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuаt хidməti