18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
“Nizami dünyası” adlı teatr müsabiqəsi davam edir-FOTO
Azərbaycan ədəbiyyatında silinməz izlər buraxan dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə bu il “Nizami ili” olaraq qeyd olunur.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il ərzində gənclərə Nizami dünyasının daha yaxından tanıdılması məqsədilə artıq bir çox tədbirlər həyata keçirilmişdir. O tədbirlərin davamı olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi layihəsi hazırlanaraq həyata keçirilir. “Nizami ili”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqəsdilə təşkil olunmuş müsabiqəyə mart ayında Naxçıvan Dövlət Universitetinin teatr studiyasının hazırladığı “Xeyir və Şər” tamaşası ilə start verilmişdir. Bu gün isə müsabiqənin növbəti iştirakçısı “Naxçıvan” Universiteti “Xeyir və Şər” tamaşası ilə münsiflər heyətinin qarşısına çıxmışdır. Münsiflər heyəti tərəfindən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə gənclər qiymətləndirilmişdir. Qeyd edək ki, müsabiqə çərçivəsində növbəti tamaşa Naxçıvan Dövlət Texniki Kollecinin hazırladığı tamaşa olacaq