SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi diqqətdə saxlanılır 

Muxtar respublikada yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi diqqətdə saxlanılır 
7-04-2021, 18:20

Bildirilir ki, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü siyasət nəticəsində uşaq hüquqlarının müdafiəsi hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” haqqında Fərmanının təsdiq edilməsi görülən tədbirlərin davamıdır. Həmin Qaydaya uyğun olaraq uşaq hüquqlarına dövlət nəzarəti sahəsində dövlət orqanlarının üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar 2021-ci il 29 yanvar tarixində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş, 2021-ci il üçün İş Planı təsdiq edilmiş və icrası üçün müvafiq tapşırıqlar verilmişdir. Bundan əlavə Komissiya tərəfindən hazırlanmış ötən il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat aidiyyəti üzrə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, komissiya  tərəfindən cari ilin müvafiq  dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, onlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması planlaşdırlmışdır. Monitorinqlər zamanı uşaqların dərsə davamiyyəti, tədris prosesinin keyfiyyəti, müəssisənin sanitar-gigyenik vəziyyəti, təhlükəzlik tədbirləri, eləcə də uşaqlarla davranış və hüquqlarının mudafiəsi, müəssisə binasının infrastrukturu və sairə sahələr yoxlanılır. Bu ilin ötən dövrü ərzində  ekspert qrupunun iştirakı ilə 4 məktəb, 2 məktəbəqədər  və 1 lisey olmaqla 7 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və aradan qaldırılması ilə bağlı tədbirlər görülərək Komissiyaya məlumat verilmişdir.

Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideyinini itirmiş 41, valideyn himayəsindən məhrum isə 37 uşaq vardır. Ümumilikdə  bu kateqoriyaya aid olan uşaqların sayı 78-dir. Belə ki, 2021-ci ilin ötən dovrü ərzində muxtar respublikada 5 uşaq qəyyumluq və himayəyə verilmişdır. Muxtar respublikada  uşaq hüquqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür. Məhz elə bu səbəbdən himayə və qəyyumluğa verilən uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri ilə birlikdə  Naxçıvan  şəhəri üzrə hər iki valideynini itirmiş (2 uşaq), valideyn himayəsindən məhrum (2 uşaq), Şərur rayonun üzrə isə valideyn himayəsindən məhrum (1 uşaq ), hər iki valideynini itirmiş  (2 uşaq)  olmaqla  muxtar  respublikada ümumilikdə,  müvafiq kateqoriyadan olan 7 uşağın yaşadığı evlərdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmışdır. Aparılan monitorinqlərin nəticəsində  müvafiq uşaqlarla  bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində  bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışaqcaqdır.                                         

54-cü məhəllə, döngə 4, ev 15 ünvanında yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Naxçıvan şəhəri 6-cı küçə, döngə 3, ev 27 ünvanında yaşayan Məmmədli Sevgi Mətləb qızı və Tumbul kənd inzibati ərazi dairəsində yaşayan valideyn himayəsindən məhrum ümumilikdə

Növbəti monitorinq isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü ilə birlikdə 2021-ci il 17 mart tarixdə Şərur rayonunun Danyeri kəndində  yaşayan valideyn himayəsindən məhrum Ələkbərov Zülal Mahir oğlunun, Dərəkənd kəndində yaşayan hər iki valideynini itirmiş Məmmədov Bədo Ramiq oğlunun və Məmmədova Songül Ramiq qızının olmaqla ümumilikdə 3 uşağın yaşadığı evdə keçrilmişdir

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər  gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilir, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.  “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”- deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov uşaqların sağlam, vətənpərvər, təhsilli. vətəninə, xalqına layiqli vətəndaş kimi yetişmələri üçün bu sahəyə böyük diqqət ayırmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında  uşaqlar diqqət və qayğı ilə tam əhatə olunub. Hətta ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir. Hər il təhsil ocaqları ya yenidən qurulur ya da əsaslı təmir olunaraq uşaqların ixtiyarına verilir. Saglamlıq imkanları məhdud uşaqların təhsil prosesinə cəlb edilməsi, cəmiyyətə inteqrasiya olmaları üçün  hər cür imkan yaradılır. Çünki  uşaqlar dövlətin gələcəyidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930