SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanın su təsərrüfatı sistemləri mövsümə hazırdır

Naxçıvanın su təsərrüfatı sistemləri mövsümə hazırdır
9-04-2019, 09:39

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2019-cu ilin əvvəlindən bu günə anbarlara 200 milyon kubmetr su yığılıb, 74 kilometr beton və torpaq kanal, 55 kilometr ara arxlar, 8 kilometr kollektor lildən təmizlənib, 2,4 kilometrlik yeni suvarma və içməli su xətləri çəkilib. Bu dövrdə 4 kəhriz bərpa olunub, 111 subartezian quyusu isə təmir edilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb, 1300 metr paylayıcı boru xətti çəkilib. Həmçinin rayonda 6,7 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilib. Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 202 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Torpaqları sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay, Vənəndçay vadilərində, Qahab və Sirab selovlarında 4 kilometr istiqamətləndirici bənd tikilib. Yeni əkilmiş yaşıllıq sahələrinin suvarma suyu ilə təmin olunması üçün Şərur rayonunun Danyeri kəndində sol sahil magistral kanal üzərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində təmirbərpası aparılan kəhrizin çıxışında yeni nasos aqreqatları quraşdırılıb. “Rayon mərkəzi və ətraf kənd - lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda su anbarlarında nasoslar quraşdırılıb və birləşdirici xətlər çəkilib. Şərur rayonunda sutəmizləyici qurğunun, Babək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Bundan başqa, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılıb, 8795 metr içməli su xətti çəkilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930