SON DƏQİQƏ

naxcivanxeberleri.com

ANAMA işğaldan azad olunan ərazilərin 3 milyon 660 min 632 kvadrat metrini təmizlədi

ANAMA işğaldan azad olunan ərazilərin 3 milyon 660 min 632 kvadrat metrini təmizlədi
31-03-2021, 11:44

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərin 3 milyon 660 min 632 kvadrat metrini minalar və digər partlamamış sursatlardan təmizləyib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Agentlikdən verilən məlumata görə, həmin ərazilərdən 471 ədəd partlamamış hərbi sursat, 527 ədəd piyada əleyhinə mina, 540 ədəd tank əleyhinə mina, 130 ədəd isə tank əleyhinə minanın partladıcısı aşkar edilib.

Təcili və təxirəsalınmaz əməliyyatlar zamanı agentliyə 264 çağırış olub. Nəticədə 2167 ədəd partlamamış hərbi sursat, 4224 piyada əleyhinə mina, 1181 ədəd tank əleyhinə mina, 2064 ədəd partladıcı, 567 ədəd partlamış mərmi və qalıqları, 300 ədəd isə bombacıq aşkarlanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031