SON DƏQİQƏ

naxcivanxeberleri.com

Oxunması zəruri olan kitablar artıq mobil tətbiq vasitəsilə də oxunacaq-FOTO

Oxunması zəruri olan kitablar artıq mobil tətbiq vasitəsilə də oxunacaq-FOTO
30-03-2021, 13:00

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində Oxunması zəruri olan kitabların mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən alqışlarla qarşılanıb. Bildirilib ki, bu kitabların təbliği istiqamətində universitetdə kitab müzakirələri, dəyirmi masalar, həmin kitablarla bağlı intellektual yarışlar keçirilib. Tələbələrin innovativ düşüncələrinin məhsulu olan layihəni yüksək qiymətləndirən rektor bu cür yenilikçi layihələrin, tədbirlərin davamlı olmasını qarşıya məqsəd kimi qoyub. Vurğulanıb ki, görülən bu işlər informasiya cəmiyyətinin inkişafına, gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik gənclər kimi yetişməsinə əhəmiyyətli təsir edəcək.

        “Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, gənclərin artıq elektron vəsaitlərdən istifadə etməsi bu cür proqramların yaranmasına gətirib çıxarıb. Mobil tətbiqin istifadə qaydaları slayd vasitəsilə tələbələrin diqqətinə çatdırılıb. Öz dizayn fərqliliyi, rahat interfeysi, oflayn rejimdə işləməsi və ən əsası daha əlçatan olması ilə seçilən mobil tətbiqin ilk səhifəsində müvafiq Sərəncamın mətni yerləşdirilib. Proqrama 30 kitab və sonradan əlavə edilmiş 3 kitabla birlikdə 33 kitab əlavə olunub. Vurğulanıb ki, proqram Android əməliyyat sistemini dəstəkləyən smartfonlarda çalışır, gələcəkdə İOS əməliyyat sistemində işləməsi də planlaşdırılır. Proqramın növbəti təkmilləşməsindən danışan Əziz Qasımov tətbiqin gələcək perspektivi haqda qeyd edib ki, kitabların audio variantlarının yerləşdirilməsi və kitablarda oxunulan maraqlı yerləri işarələmək funksiyalarının əlavə edilməsi də nəzərdə tutulur.

        Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının direktoru Fariz Əhmədov kitab və mütaliənin təbliği istiqamətində görülən işlərdən danışıb.  Diqqətə çatdırılıb ki, bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031