SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda qadınlara toxuculuq təlimi keçirilib

Culfa  rayonunda qadınlara toxuculuq təlimi keçirilib
29-03-2021, 21:16

Muxtar respublikada əhalinin, xüsusən də əlil qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, diqqətdə saxlanılır, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir. Qədim toxuculuq sənətini inkişaf etdirmək, qadınların bu sahəyə marağını artırmaq, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə  2021-ci il 29 mart tarixdə müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib.

Komitədən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimdə 13-ü aztəminatlı ailənin üzvü, 9-u isə sağlamlıq imkanları məhdud qadın olmaqla 22 nəfər iştirak edib.

Tədbirdə çıxış edən  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikada qadınlara hərtərəfli diqqət və qayğı göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir.

Çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin  davamlı olacağını diqqətə çatdırmışdır.

İstedadlı toxucu qadın Gülsüm Kəngərli çıxış edərək milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimizin hər zaman qadınlara dəstək göstərdiyini bildirmişdir. Gülsüm Kəngərli toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmiş və əyani vəsaitlərdən istifadə etməklə təlimə başlamışdır.

 

 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31