SON DƏQİQƏ

09:10 - DÇ: Bu gün Azərbaycanın son 4 güləşçisi mübarizəyə başlayacaq

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin tələbələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olub

Naxçıvan Dövlət Universitetinin tələbələri  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olub
5-04-2019, 10:40

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar. Tədbirdən öncə müəssisənin Nəzarət qrupu otağında olan tələbələrə bölmələrin fəaliyyəti ilə bağlı mövcud olan sənədlər və əyani vasitələr göstərilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə giriş sözü ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışında Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, universitetdə mövcud olan vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Vurğulanıb ki, ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı çıxışında qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir. Aprel döyüşlərində qazandığımız qələbənin 3-cü ildönümü ərəfəsində keçirilən görüşün təsadüf olmadığı vurğulanıb, dörd günlük qələbənin xalqımızın zəfər tarixi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığın istiqamətində mühüm tədbirlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamımının, ordu və xalqın birliyinin və xüsusi olaraq Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri cənab Vasif Talıbovun qayğısı altında əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.
“Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi” adlı çıxışında Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev qeyd edib ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir.
Sonra tələbələrdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayan “Cavanşir” sənədli filminin nümayişi olub.
Sonda fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrinin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində artan rolundan danışıb, öz minnətdarlığını ifadə edib.
Naxçıvan Dövlət Universitetinin tələbələri  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olub

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30