SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mətbəximizin dadlı təamlarından – un xörəkləri

Mətbəximizin dadlı təamlarından – un xörəkləri
7-03-2021, 23:00

Xəşil Ağbirçək nənələrimiz, analarımız xəşil hazırlamaq üçün rayonumuzun dağlarını, dərələrini öz ətrinə bürüyən kəklikotu dəmləməsindən istifadə edirlər. Həmin dəmləməyə bir qədər un əlavə olunaraq qarışıq sıyıq xəmir halına düşənə kimi taxta qaşıqla qarışdırılır. Sonra odun üzərinə qoyulur. Ağzı örtülü qazanda qaynamaq istəyən həmin qarışığa sonradan az-az qaynar su əlavə olunur. Xəşilin bişmiş olduğunu bilmək üçün qaşığı xəşilə batırıb yuxarı tutmaq lazımdır. Əgər qaşıqdan qalxan buğ düz çıxırsa, onda xəşil hazırdır. Əgər buğ müxtəlif səmtlərə əyilirsə, deməli, hələ onun hazır olması üçün bir az da odun üzərində saxlamaq lazımdır. Əsasən, səhər süfrəsinə verilən xəşilin qabda üzərinə dağ olmuş yağ, doşab, yaxud da şəkər tozu, bal əlavə olunur. Quymaq Tərəydən və xəşildən fərqli olaraq quymaq bişirmək üçün unu yağda azca qovurmaq lazımdır. Həmin unun üzərinə kənarda hazırlanmış isti şərbət tökülərək qarışdırılır. Vam odun üzərinə qoyulur ki, quymaq bişə-bişə qazmaq tutsun. Süfrəyə isti-isti verilən quymaq həm də susuzluğun qarşısını alan, yaralara məlhəm olan bir yemək kimi də geniş yayılıb. Əsasən, zahı qadınların quymaq yeməsi xalq təbabətində zəruri məsləhət sayılır. Halva Rayonumuzda un halvası, əsasən, yas mərasimlərində ehsan verilən zaman bişirilir. Halva bişirmək üçün əvvəlcə undan umac hazırlanır. Həmin umac qazanda yağ ilə qızarana kimi fasiləsiz olaraq qarışdırılaraq qovurulur. Kənarda hazırlanmış isti şərbət həmin qovurulmuş umacın üzərinə tökülür və yenə də taxta qaşıqla qarışdırılır. Odun üzərindən götürülür və üstü basdırılır. Halvanın dəm alması üçün bir qədər gözləmək vacibdir. Sonra qablara qoyulub süfrəyə verilir. Unutmaq olmaz ki, yaxşı halva bişirmək üçün ərzaqların çəkisinə və umacın yanmadan yaxşıca qovurulmasına diqqət yetirmək vacibdir.

Turanə Baxşəliyeva

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930