SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hər evin çırağı-qadın

Hər evin çırağı-qadın
8-03-2021, 09:30

Qadın-Ana... Onun dəyərini bizdən min illər əvvəl yaşamış ulular vermişlər. Qoca Zərdüşt, Dədə Qorqud, Şeyx Nizami kimi şəxsiyyətinə pərəstiş etdiyimiz dahilərimiz. Müqəddəs kitabımız “Qurani-Kərim”in ən-Nisa sürəsini oxumaq kifayətdir ki, əxlaqi kefiyyətlərimizin haradan qaynaqlandığını, hansı müqəddəslərə söykəndiyini bilək. Ulu tariximizdə Azərbaycan qadınının elminə, hünər və istedadına aid yüzlərlə nümunə göstərmək olar. Ulu anamız Tomris, Burla xatun, Məhsəti Gəncəvi, diplomat Sara xatun, böyük Vətən müharibəsində iştirak etmiş minlərlə Azərbaycan qadınları qürurla andığımız tariximizdir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi illər ötdükcə yüksələn xətt üzrə inkişaf edib. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır. Bu gün Azərbaycanda qadınlarla bağlı iş dövlət siyasətinin bütün sahələrində öz əksini tapır, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Muxtar respublikamızda da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çox - əsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2007- ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir göstəricisidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada, eləcə də Culfa rayonunda da qadınlar müxtəlif dövlət orqanlarında çalışır, bölgənin ictimai-siyasi həyatında fəallıq göstərir, öz xidmətləri ilə ümumi inkişafımıza böyük töhfələr verirlər. Azərbaycan qadını həkim, müəllim, dövlət qulluqçusu, ictimai-siyasi xadim olmaqla yanaşı, həm də, vəfalı həyat yoldaşı, gələcəyimiz üçün vətənpərvər övladlar böyüdən qayğıkeş anadır. Hər zaman bütün qayğıları zərif çiyinlərində daşıyan qadınlarımıza işlərində nailiyyətlər və sağlam həyat diləyi ilə əsl xanım səadəti arzu edirik.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930