SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin  müəllimi təltif edilib

Naxçıvan Dövlət Universitetinin  müəllimi təltif edilib
7-03-2021, 22:36

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Naxçıvan Dövlət Universitetinin “Roman-german dilləri” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti Qasım qızı Əsgərova “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
Qeyd edək ki, Məhsəti Əsgərova 2016-cı ildən NDU-nun “Roman-german dilləri” kafedrasının müdiri və dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. Məhsəti müəllim 2019-cu ildə Fransa Respublikasının “Akademik Palma” ordeni ilə təltif edilib. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransa Respublikasının Azərbaycandakı səfirliyinin, Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyasının Bakıda və ölkəmizin müxtəlif bölgələrində birgə təşkil etdikləri bir çox treyninqlərdə, Fransanın Strasburq şəhərində Mark Blok Universitetində, Bezanson şəhərində Franş-Konte Universitetinin Tətbiqi Dilçilik Mərkəzində, Bordo-Montan Universitetində seminarlarda iştirak etib. 1 dərslik, 1 monoqrafiya və 20-yə yaxın elmi məqalənin müəllifidir.

Səadət Əliyeva

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930