SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan sakinlərinin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır

Naxçıvan sakinlərinin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır
5-03-2021, 20:15

Naxçıvan  Muxtar  Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə  muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi uğurla davam etdirilir.  Yeni texnologiyalar tətbiq edilməklə  rabitə və internet xidmətinin səviyyəsi ilbəil yüksəldilir, maddi-texniki baza gücləndirilir, ən ucqar dağ kəndində belə genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilir, yeni rabitə evləri inşa olunur. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər sakinlərin bu xidmətlərdən səmərəli istifadəsinə geniş imkanlar açır. Muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə zəruri tədbirlər  həyata keçirilir.

Nazirliyin mətbuat xidmətin NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən evlərdə rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, təmir işləri aparılır. Rabitə xətləri və abunə qurğularında yaranan nasazlıqlar qısa zamanda aradan qaldırılır.    

 Ötən ay ərzində  210 abonent geniş zolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti)  internetlə təmin olunub. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq əhalinin internetə olan tələbatının artırılması məqsədilə bir sıra işlər həyata keçirilməkdədir. Belə ki, ilkin olaraq Naxçıvan şəhərində  bir sıra yaşayış məntəqələri üzrə fəaliyyət göstərən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarında internet kartları əlavə edilərək internet istifadəçilərinin sayının artırılmasına başlanılıb. Hazırda Naxçıvan şəhərinin Çənlibel məhəlləsində 160, Əlincə məhəlləsində 160, Əliabad qəsəbəsində 160, Qaraçuq  kəndində 160 və mərkəzi Avtomat Telefon Stansiyasında 256 yerlik olmaqla, internet kartlarının sayı artırılıb ki, bütün bunlar da  900-ə yaxın internet istifadəçisinin sayının artmasına şərait yaradıb. Bu tədbirlərin davamı olaraq rayon mərkəzlərində və kəndlərində də əhalinin internetə olan tələbatını nəzərə alaraq yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarında internet kartlarının sayının artırılması nəzərdə tutulub və bu sahədə müvafiq işlər davam etməkdədir.

           Hal-hazırda ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internetin tarifləri  1 Mbt/s -12 manat, 2 Mbt/s -15 manat, 3 Mbt/s -18 manat, 4 Mbt/s -20 manat, 5 Mbt/s -25 manat, 6 Mbt/s-30  manat və 8 Mbt/s isə -40   manat təşkil edir.

     Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin nakhinternet.az  internet səhifəsində internet istifadəçiləri üçün  yaradılan  bölmədə Asimmetrik Rəqəmsal Abunəçi Xətti və Giqabit Passiv Optik Şəbəkənin balanslarının artırılması xidməti və modemlərin qoşulması üçün istifadəçi təlimatları yerləşdirilib. Bunlarla yanaşı,  Mərkəzdə  internet istifadəçiləri  üçün “116” nömrəli sorğu-məlumat xidməti də fəaliyyət göstərir ki, sakinlər real iş vaxtı rejimində internetlə bağlı yaranan problemlərlə əlaqədar həmin nömrə vasitəsi ilə əlaqə saxlayır ki, Mərkəzin aid əməkdaşları tərəfindən bütün sorğulara və müraciətlərə operativ yanaşmaqla bütün problemlər aradan qaldırılır.

         Ötən ay ərzində “Evədək optika” layihəsi də uğurla davam etdirilib. Layihə çərçivəsində 5 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib və zəruri avadanlıqlar quraşdırılıb. “Evədək optika” layihəsi müasir standartlara cavab verən GPON (Giqabyte Passive Optical Network–Qiqabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksək keyfiyyətli  rabitə xidməti təmin edir.

Müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodiki köməkliklər göstərilib,yaranmış çətinliklərin aradan qaldırılması  istiqamətində zəruri texniki tədbirlər həyata keçirilib.

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi rabitə və internet xidmətləri göstəriləcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930