SON DƏQİQƏ

naxcivanxeberleri.com

“8 mart-Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar intellektual oyun keçirilib

“8 mart-Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar intellektual oyun keçirilib
5-03-2021, 20:00

5 mart 2021-ci il tarixdə “8 mart-Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar “Gənclər Mərkəzi”ndə Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qızlar arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oyunun keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyinin təmin edilməsidir.

Tədbirin açılış mərasimində əvvəlcə Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək muxtar respublikada gənclərə və gənclər təşkilatlarına göstərilən dəstəkdən danışmış, xanımları “8 mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etmiş və  oyunda yarışacaq komandaları təqdim edərək komandalara uğurlar arzulamışdır.

Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov çıxış edərək komandalara oyunun qaydaları barədə məlumat vermiş və onlara uğurlar arzulamışdır.

Oyunda ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələrindən ibarət 8 komanda iştirak edib. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda ən çox xal toplayan “Pentoriya” komandası I yerin sahibi olub. Oyunda “Virtuoz”  komandası II yerə və “Qasırğa”  komandası isə III yerə çıxıb.

Sonda qalib komandalara qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930