SON DƏQİQƏ

naxcivanxeberleri.com

“5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Bədii gimnastika üzrə açıq birincilik keçirilib-FOTO

“5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş  Bədii gimnastika üzrə açıq birincilik keçirilib-FOTO
5-03-2021, 16:08

Martın 5-də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bədii gimnastika üzrə federasiyadaxili açıq birincilik keçirilib.Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə yeni yaradılan Bədii gimnastika dərnəyinin və “Xatun” Bədii Gimnastika Klubunun üzvləri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev muxtar respublikada böyüməkdə olan gənc nəslə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, şagirdlərin sağlam həyat tərzinin, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikada yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Hazırda muxtar respublikada yeni yaradılan gimnastika üzrə idman klubları və innovativ dərnəklərdə ümumilikdə 50-dən çox uşaq və yeniyetmə məşğul olur. Son illər bu idman növünə göstərilən diqqətin nəticəsidir ki, məktəbdənkənar təhsil müəssisələrində yeni yaradılan Gimnastika dərnəklərinə üz tutan şagirdlərin sayı xeyli artmışdır. Bu gün keçirilən tədbirin məqsədi də uşaq və yeniyetmələrin gimnastika idman növünə marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və xüsusi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Bədii gimnastika açıq birinciliyinin şərtlərinə əsasən iştirakçılar fərdi qaydada yarışıblar. Hər bir gimnasta fərdi qaydada çıxış etmək üçün 2 dəqiqə vaxt verilib. Yarışda iştirakçılar hərəkətlərini musiqi müşayiəti ilə alətsiz, ip, halqa, top və lentlərlə icra ediblər.

Gimnastların yarışda göstərdikləri nəticələr nəzərə alınaraq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən müsabiqədə hərəkətləri düzgün icra edən iştirakçılar qalib elan olunub.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930