SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq

Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
5-03-2021, 12:34

"Azərkosmos”da ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, görüş zamanı Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanın su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. "Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 95 faizədək dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində Azərbaycanda su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930