SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında

Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında
5-03-2021, 09:13

Naxçıvan Muxtar Respublikasının səfalı guşələrindən olan Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq Xizək Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosunun hazırladığı fotoreportaj Küveytin dasmannews.com internet saytında yayılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fotoreportajda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaradılan möhtəşəm xizək mərkəzinin yerli sakinlərin və turistlərin istifadəsinə verildiyi vurğulanıb. Qeyd olunub ki, Ağbulaq Xizək Mərkəzi dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Təqdim olunan bir-birindən maraqlı 25 şəkildən ibarət fotoreportaj Küveyt oxucuları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub. AZƏRTAC-ın Naxçıvan bürosunun Ağbulaq Xizək Mərkəzi ilə bağlı hazırladığı fotoreportaj da Küveyt Elektron Media Birliyinin dəstəyi ilə ölkənin elektron mediasında yayılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930