23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
“Yeni dövrün çağırışları:Rəqəmsal mühasibatlıq” mövzusunda seminar keçirilib- FOTO
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə seminar keçirilib. “Yeni dövrün çağırışları: Rəqəmsal mühasibatlıq” adlı seminara maliyyə-mühasibatlıq sahəsində çalışan 12 mühasib xanım cəlb olunub.
Tədris mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd bütün sahələrə sürətli dəyişikliklər gətirən rəqəmsal keçidin mühasibat peşəsinə təsiri və gələcək gözləntilərlə bağlı maarifləndirmə işinin aparılmasından ibarətdir.
Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçıları salamlayıb, əlamətdar gün münasibətilə onları təbrik edib və iş fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, son illərdə informasiya texnologiyalarındakı inkişafa paralel olaraq maliyyə məlumatlarının və mühasibat əməliyyatlarının elektron mühitə ötürülməsinin təmin edilməsi peşələr üzərində bəzi köklü dəyişikliklərin baş verməsinə səbəb olmuşdur ki, onlardan biri də mühasib peşəsidir.
Çıxış zamanı, mühasibat uçotunun inkişaf tarixi, mühasibatlıqda kompüter texnologiyasının tətbiqi mərhələləri və rəqəmsal mühasibatlıq haqqında məlumat verilib, yüksək texnologiyaların mühasibatlığa gətirdiyi yeniliklər, bu yeniliklərdən istifadənin mühasiblərə verdiyi üstünlüklər və gələcəkdə peşəkar mühasiblərin üzərinə düşən vəzifələrə aydınlıq gətirilib. Bildirilib ki, süni intellekt, robot texnologiyaları, bulud sistemləri, blok zənciri texnologiyası, e-sənəd idarəetmə sistemlərinin yaratdığı rəqəmsallaşma peşəkar mühasibat işçilərinin yeni texnologiyaların tətbiqinə uyğunlaşmasını olduqca əhəmiyyətli edir.
Sonda mühasib xanımlara sertifikatlar təqdim edilib.