SON DƏQİQƏ

naxcivanxeberleri.com

İri ticarət obyektləri və yanacaqdoldurma məntəqələrində yoxlamalar davam etdirilir-FOTO

İri ticarət obyektləri və yanacaqdoldurma məntəqələrində yoxlamalar davam etdirilir-FOTO
4-03-2021, 16:41

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Naxçıvan şəhərində fəaliyyət göstərən ticarət mərkəzləri və yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinə qarşı yoxlamalar keçirmişlər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yoxlamaların keçirilməsində məqsəd insanların daha çox toplaşdığı yerlərdən olan ticarət mərkəzlərində və təhlükə potensiallı obyektlər sırasında olan yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, cavabdeh şəxslərin öz işlərinə daha məsuliyyətli olmalarına nail olmaq, müəssisələrdə olan yanğınsöndürmə balonları və yanğın su kranlarının saz və hazır vəziyyətdə olmalarına diqqət yetirmək və istifadə qaydalarını cavabdeh şəxslərə təkrar öyrətməkdən ibarət olmuşdur.

Keçirilən yoxlamalar zamanı satıcılara, operatorlara və cavabdeh şəxslərə yanğınsöndürmə balonlarından və yanğın su kranlarından istifadə qaydaları əyani olaraq göstərilmiş, hadisə anında vətəndaşların təxliyə yollarından düzgün istifadəsinə dair tövsiyyələr verilmişdir.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930