SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti tələbələri təlimdə iştirak ediblər

Naxçıvan Dövlət Universiteti tələbələri təlimdə iştirak ediblər
4-03-2021, 17:19

Naxçıvan Dövlət Universitetində “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti”  adlı tədbir keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, NaxçıvanBank və NaxçıvanSığorta ASC-nin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev təlimin əhəmiyyətini önə çəkib. Qeyd edilib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Rektor birgə əməkdaşlığın perspektivliyinə toxunub və təlimin işinə uğurlar arzulayıb.

“Naxçıvanbank” ASC İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikada bank sisteminin inkişafı diqqətdə saxlanılır. Azərbaycan Respublikasının ilk regional bankı olan “Naxçıvanbank” 11 sentyabr 2008-ci il tarixdə fəaliyyətə başlayıb və açıq Səhmdar Cəmiyyəti muxtar respublika vətəndaşlarının, kiçik və orta sahibkarların etibarlı maliyyə dəstəkçisinə çevrilib. Vurğulanıb ki, muxtar respublikanın banklarında hesablaşma və kassa xidmətləri, depozitlər, əmanətlər, kredit, bankomat, pos-terminal və lizinq əməliyyatları həyata keçirilir. Bundan əlavə, banklar tərəfindən müştəri ödənişlərinin idarəetmə sistemi, sürətli pul köçürmələri, kommunal və dövlət rüsumlarının ödənişi, internet və mobil bankçılıq, SMS məlumatlandırma və xarici valyuta mübadiləsi əməliyyatları da aparılır.

Sonra məruzələr ətrafında çıxışlar olub. “Bank, bank sektorunda mövcud vəziyyət” adlı çıxışında Rafiq Xəlilov bank nədir, bankçılıqda mövcud vəziyyət, bankçılıqda ilk addım, sığortanın mahiyyəti, bankların göstərdiyi maliyyə xidmətləri, bankların təşkili qaydaları haqda danışıb.  Bank sirri, ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid tələbələrə geniş izah edilib.

“Naxçıvanbank və Elektron bankçılıq” Günay Cəfərova Azərbaycan Respublikasının tək regional bankı olan Naxçıvanbank haqda məlumat verib və elektron və internet bankçılıq və Ani Ödəniş Sistemi ( AÖS)-nin üstünlükləri qeyd edilib.

Fərman Quliyev kredit və onun mahiyyəti, kreditin növləri, kredit mütəxəssisi üçün zəruri biliklər, kreditləşmə mərhələləri, Xavər İbrahimova  isə müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti,  müştərilən gözləntiləri, müştərilərlə ünsiyyət qaydalarına toxunublar.

Çay fasiləsindən sonra məruzələrin II hissəsi dinlənilib. Səbuhi Xəlilov ödəniş kartları, plastik kartların üstünlükləri, ödəniş kartının strukturu, növləri, pos-terminal və üstünlükləri, ödəniş terminalları haqda danışıb.

 “Bank sektorunda marketinq” haqda çıxışında Zərifə Abbasova marketinqdə əsas meyarın dəyər olduğunu diqqətə çatdırıb. Bank sektorunda 3 əsas marketinq növlərindən, marketinq strategiyasından, marketinqin növlərindən danışaraq sığortanın mahiyyəti, sığortada əsas anlayışlar və onların izahı, təkrar sığorta, sığortaçı və təkrarsığortaçı anlayışlarının geniş izahı verilib.

Tural Əkbərov sığorta növləri, sığorta müqaviləsi və şəhadətnaməsi, sığorta haqqı və sığorta məbləği  barədə çıxış edib. “Naxçıvansığorta” ASC-nin fəaliyyəti Leyla Hüseynli bildirib ki, 5 könüllü sığorta növü üzrə fəaliyyət göstərilir. Vurğulanıb ki, müştərilərə sığorta xidmətlərindən rahat və məsafəli yararlana bilmək üçün Naxçıvanbanka məxsus ödəmə terminallarından və SmartPay onlayn ödəniş sistemindən istifadə etməklə Banka yaxınlaşmadan  sığorta haqlarını ödəmə imkanı yaradılıb.

Müzakirələr şəklində davam edən tədbir tələbələrin qiymətləndirməsi ilə davam edib.

Suallara düzgün  cavab verən və yaxşı danışıq qabiliyyəti üzrə seçilən 8 tələbə  qiymətləndirilib və sertifikatla təltif edilib. Qeyd edək ki, seçilən tələbələr 15 gün ərzində “Naxçıvanbank” və “NaxçıvanSığorta” şirkətində  təcrübə kursu keçəcəklər.   

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930