SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yetkinlik yaşına çatmayanların hüquqi cəhətdən maarifləndirilməsi ilə bağlı tədbir keçirilib

Yetkinlik yaşına çatmayanların hüquqi cəhətdən maarifləndirilməsi ilə bağlı tədbir keçirilib
4-03-2021, 16:00

Culfa rayon prokurorluğunda tərtib olunmuş müvafiq tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun əməkdaşlarıının təşkilatçılığı ilə Culfa rayon Göydərə kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Culfa rayon Prokurorluğunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə Culfa rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Heydər İbrahimli “Uşaqlar hər bir dövlətin sabahıdır” başlıqlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan dövləti daim uşaqlara məhəbbətlə yanaşır, onların sağlam, gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışır. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin başlıca istiqamətlərini təşkil edir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün atılmış addımlar xüsusilə qeyd olunmalıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevir,  onlara daim qayğı və diqqət göstərirdi.  Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar  kimi böyüməsi  Ümummilli Liderin daim diqqətində olmuşdur. Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəlmiş, o,  bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə ardıcıl islahatlar həyata keçirmişdir.  Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı bütün məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Konvensiyanın müddəalarını özündə əks etdirən bu Qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi böyüməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan höküməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları haqqında Konvensiyadır.  Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ - hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, formalaşması, sağlam böyüməsinə istiqamətlənmiş bir sıra dövlət proqramları, tədbirlər planları qəbul edilmişdir. 2012-ci ilin may ayında qəbul edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. Bu sənədə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Bu istiqamətdə görülən tədbirlər, atılan mühüm addımlar bu gün öz təsirini göstərməkdədir. Uşaqlar hər bir evin, hər bir ailənin yaraşığı, eyni zamanda da bir dövlətin, bir millətin sabahı, gələcəyidir. Onların bugünkü problemlərinin həlli Azərbaycan üçün xoşbəxt gələcəyin təməlidir.

Tədbirdə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Nəriman Vəliyev “14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” başlıqlı mövzu ilə çıxış edərək bildirmişdir ki, cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət subyekti, qeyd edildiyi kimi, cinayət törətdiyi zaman qanunla müəyyən edilən yaş həddinə çatan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin yetkinlik yaşına çatmayanların törətdikləri əməllərin ictimai - təhlükəliliyini, onun xarakter və mahiyyətini dərk etmələrini nəzərə alaraq qanun, bu şəxslər üçün məhdud qaydada daha erkən yaş həddi müəyyən etməklə bu qaydalardan istisnalara yol verir. Qanunvericilikdə 14 yaşından 16 yaşına qədər şəxslərin törədə biləcəkləri cinayətlərin konkret siyahısı müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 20.2-ci maddəsində göstərilir ki, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Bu maddənin məzmunundan belə nəticə çıxır ki, 14 yaşından 16 yaşına qədər yetkinlik yaşına çatmayanlar qəsdən törədilən cinayətlərə görə məsuliyyət daşıyırlar. Lakin bu o demək deyil ki, cinayət törədərkən 14 yaşı tamam olmamış şəxslər məsuliyyətdən kənarda qalır. Belə ki, 14 yaşınadək cinayət əməli törətmiş şəxslərə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası” tərəfindən müəyyən sanksiyalar tətbiq edilə bilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmiş və verilmiş suallar cavablandırılmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930