SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında idman gününə həsr olunmuş tədbir keçirilib-FOTO

Ali təhsil ocağında idman gününə həsr olunmuş tədbir keçirilib-FOTO
4-03-2021, 17:00

Naxçıvan Dövlət Universitetinin İdman kompleksində 5 Mart- Azərbaycanda Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.  Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Bununla bərabər universitetdə son zamanlar görülən yeniliklər – İdman kompleksinin təmir olunması, idman sahəsinin inkişafı üçün keçirilən tədbirlər bunun bariz nümunəsidir. Bu gün münasibətiylə tələbə və müəllim heyətini təbrik edən rektor gəncləri yarışlarda daha fəal olmağa, universitetimizi, muxtar respublikamızı hətta dünya arenasında yüksək şəkildə təbliğ etməyə səsləyib.

      “Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov universitetdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, ali təhsil ocağında idmanın kütləviliyinə diqqət yetirilir, universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir. Hər il aprel, may aylarında universitetdə təqvim planına uyğun tələbələrin “Universiadası” keçirilir. Bu yarışların məqsədi isə universitet yığma komandalarının tərkibini müəyyənləşdirməkdir. Bildirilib ki, idmançılarımz həm təkmübarizlilik idman növləri üzrə həm də komandalı idman növlərində bır sıra beynəlxalq miqyaslı yarışlarda uğur qazanıblar. Vurğulanıb ki, universitetdə Bədən tərbiyəsi müəllimi və məşqçi kadrların hazırlanmasına da ciddi fikir verilir. Hər il bu sahədə 70-80 nəfər ixtisaslı kadr hazırlanır.

      “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü, Avropa mükafatçısı Aslan İsmayılov muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı timsalında idmançıların yetişməsi üçün yaradılan şərait üçün  öz minnətdarlığını bildirib.

      Sonra komandalararası voleybol  yarışına start verilib. “Pedoqoji” və “İqtisadiyyat” fakültələri arasında keçirilən oyun “İqtisadiyyat” fakültəsinin qalibiyyəti ilə başa çatıb.

Həmin gün tələbələr arasında əlamətdar tarixi günə həsr edilmiş “Peloton” intellektual bilik yarışması da keçirilib.  Tədbirdə çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatı Universitet şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev muxtar respublikada idmana göstərilən dövlət qayğısından danışıb, tələbələrin asudə vaxtlarının səmərəli təşkil üçün keçirilən bilik yarışmalarının, viktorinaların əhəmiyyətini önə çəkib.

Universitet Tələbə Gənclər Təşkilatının sədri, “Hüquq” kafedrasının müəllimi Əziz Qasımov yarışın qaydaları haqda məlumat verib.  Oyun yarımfinal və final mərhələri üzrə olmaqla 10 komandanın iştirakı ilə baş tutub. Yekunda “Qasırğa” komandası qalib olub. Suallar dünya və Azərbaycan idmanı tarixindən, müxtəif idman növlərindən mövzuları üzrə səsləndirilib. Qalib komandanın hər bir üzvünə  diplom və kitab verilib.

Etibar Dərbəndəliyev Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930