SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda maarifləndirici tədbir keçirilib 

Babək rayonunda maarifləndirici tədbir keçirilib 
3-03-2021, 20:33

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Babək şəhər 1 nömrəli tam orta məktəbdə və Babək rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə maarifləndirici tədbir keçirilmişdir.

Fövqəlаdə Hаllаr Nаzirliyininmətbuаt  хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin keçirilmə məqsədi müəssisələrdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə işçilərin məsuliyyətini artırmaq, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları, yanğın təhlükəsizliyi, dəm qazı ilə bağlı müəyyən edilmiş tələblərin yerinə yetirilməsi barədə tədbir iştirakçılarına məlumat vermək olmuşdur.

Tədbirdə istifadə olunmayan məişət elektrik cihazlarının cərəyana qoşulu və nəzarətsiz qalmasının təhlükəli tərəfləri, yanğına və dəm qazına səbəb olan amillər, bu amillərin aradan qaldırılması, dəm qazından zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Maarifləndirici tədbirlər zamanı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, işçiləri maraqlandıran suаllаr cаvаblаndırılıb.

 


 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930