19:13 - Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
18:46 - NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
18:16 - Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı
18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər davam edir
Bu gün layihə çərçivəsində növbəti tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nüşabə Məmmədova açıb. Bildirib ki, Nizami Gəncəvi yaradıcılığı öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında yeri olan yaradıcılıqdır. Bu yaradıcılığın nəsillərdən nəsillərə çatdırılması, təbliği xüsusi önəm daşıyır. O xatırladıb ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlət başçısı İlham Əliyevin 05 yanvar 2021ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Kafedra müdiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra ”Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi başlayıb. Tələbələrin fəallığı ilə seçilən müzakirədə milli-əxlaqi dəyərlərin təbliğində Nizami Gəncəvi yaradıcılığının öyrənilməsinin əhəmiyyəti, humanizm, ədalətli cəmiyyət kimi dəyərlərin tərənnümü məsələləri müzakirə edilib.
Müzakirənin sonunda Pedoqoji kafedranın müdiri Aytən Məmmədova tələbələrə fəal iştiraklarına görə təşəkkür edib və belə müzakirələrin davamlı olacağını deyib.