SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı məktəbli “Sabahın alimləri” X respublika müsabiqəsində yer tutub

Naxçıvanlı məktəbli “Sabahın alimləri” X respublika müsabiqəsində yer tutub
3-03-2021, 15:00

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə icra olunan “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları elmi rəhbərləri ilə hazırladıqları layihələrlə müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak edirlər. Belə müsabiqələrdən biri də “Sabahın alimləri” X respublika müsabiqəsidir.

“Sabahın alimləri” X respublika müsabiqəsinin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə müsabiqədə 6 şagird 4 layihə ilə iştirak etmiş, layihələrin 4-ü də ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır.

Müsabiqədə muxtar respublikadan şagirdlər iki kateqoriya üzrə - fevralın 12-də Kimya kateqoriyası üzrə Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdləri Səma Abdullayeva  və Bəhriyyə Mustafayeva elmi rəhbərləri Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent  Əhməd Qarayev ilə birgə hazırladıqları “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması”,  Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və həmin məktəbin X sinif şagirdi Nurgün Allahverdiyeva elmi rəhbərləri Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova birgə hazırladıqları “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının fiziki-kimyəvi xassələrinin tədqiqi” və Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin X sinif şagirdi İnci Nəsirli elmi rəhbəri Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov birgə hazırladıqları “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması”, fevralın 15-də isə Biologiya kateqoriyası üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə elmi rəhbəri Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova ilə birgə “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” layihələri ilə iştirak etmişlər.

Final mərhələsində Biologiya kateqoriyası üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” layihəsi ilə III yerin qalibi olmuş, diplom və medalla təltif olunmuşdur. Digər iştirakçılar isə sertifikata layiq görülmüşdür.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930