SON DƏQİQƏ

naxcivanxeberleri.com

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
3-03-2021, 13:11

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930