SON DƏQİQƏ

naxcivanxeberleri.com

“1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı təlim keçirilib

“1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə  bağlı təlim keçirilib
2-03-2021, 23:12

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər “1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı keçirilən təlimdə iştirak ediblər.
Təlimin nəzəri hissəsində “1 mart-Ümumdünya Mülki Müdafiə günü”nün əhəmiyyəti, mülki müdafiənin tarixi, məqsəd və prinsipləri haqqında şəxsi heyətə məlumat verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimin əməli hissəsində zərərçəkənlərə ilk yardımın göstərilməsi zamanı sanitarların fəaliyyəti, kinoloji bölmədə xüsusi təlim görmüş itlər vasitəsi ilə zərəçəkmişin tapılması və xilas edilməsi, yanğındanmühafizə   tağımının şəxsi heyətinə yanğınsöndürənlərin döyüş patlarının geyinilməsi, döyüş açılışı tapşırığnın yerinə yetirilməsi, radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən mühafizə tədbirləri,hündür mərtəbəli binalardan müxtəlif üsullarla insanların təxliyə edilməsi, partlamamış minaların axtarışı, qayıqlar və dalğıc avadanlıqları gənclərə nümayiş etdirilmiş, bir çox sahələrdə yarışlar keçirilmişdir. 

Sonda yarışlarda fərqlənən bölmələr fəxri fərmanla qiymətləndirilmişdir

 


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930