23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı ilk gündən (2020-ci il fevralın 28-dən) indiyədək ölkədə 235 014 nəfər bu virusa yoluxub, 3 225 nəfər vəfat edib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu gün açıqlanan rəsmi statistik göstəricilərə əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxma sayı ötən günlə müqayisədə 3 dəfəyə yaxın artaraq 352-ə çatıb.
Azərbaycanda yoluxmanın pik vəziyyəti ötən ilin dekabr-bu ilin yanvar ayının əvvəllərində qeydə alınıb. Həmin dövrdən sonra yoluxma sayı getdikcə azalıb. Fevralın 5-dən sonra isə yoluxma sayı hətta 300-ü belə keçməyib.
Yoluxma sayındakı azalmadan sonra bu gün sayın 3 dəfəyə qədər artması sözsüz ki, karantin tədbirlərinin sərtləşdirilə bilməsi məsələsi barədə məlumatların dolaşmasına da səbəb olur.
İnsanlar arasında yayılan məlumatlarda yaxın günlərdə məktəblərdə dərslərin dayandırılması barədə fikirlər səsləndirilsə də, bu, hələlik təsdiqlənmir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hazırda məktəblərdə tədrisin davam etdiyini açıqlayıb.
Nazirlik rəsmisi əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərarın verilmədiyini söyləyib: "Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə açıqlamasında bildirib ki, əslində, insanlar yoluxma sayının artması səbəbindən karantin qaydalarının sərtləşdirilə bilməsi haqqında deyil, vaksinasiya olunmaq haqqında düşünməlidirlər: "Artıq bir ildir ki, ölkəmizdə pandemiya ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Bu müddətdə ən sərt karantin qaydaları da tətbiq edilib, müxtəlif qapanmalara gedilib. Lakin bütün bunlar ona görə edilib ki, pandemiyadan qurtulmaq üçün görülməsi mümkün olan başqa tədbir olmayıb, həmin dövrdə virusa qarşı vaksin də tapılmamışdı. Amma artıq vaksin hazırlanaraq istifadəyə verilib".
Y.Abdiyeva qeyd edib ki, Azərbaycan vaksinasiya prosesinə tez başlayan azsaylı ölkələrdən biridir. Ölkədə artıq 22 498 nəfər COVID-19 infeksiyasına qarşı vaksin olunub: "İndi bizim əsas məqsədimiz COVİD-19-a qarşı peyvənd vurdurmaq olmalıdır. Yalnız vaksinasiya prosesində aktiv iştirak etməklə pandemiyadan qurtula bilərik. Əgər pandemiyadan qurtulacağıqsa, o zaman artıq qapanmalar, sərt karantin tədbirləri haqqında fikirləşməli olmayacağıq, darıxdığımız ənənəvi həyatımıza geri qayıdacağıq".