23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Babək rayonunda məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib-FOTO
Martın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu mərhələdə müsabiqənin yanvarın 15-də keçirilmiş məktəbdaxili mərhələsində qalib olan Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi H.Cavidin “İblis”, Kərimbəyli kənd tam orta məktəbi S.Vurğunun “Vaqif”, Şəkərəbad kənd orta məktəbi C.Məmmədquluzadənin “Poçt qutusu”, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb isə H.Cavidin “İblis” səhnəsi ilə çıxış edib.
Babək rayon Mədəniyyət Evində keçirilən müsabiqədə 4 ümumtəhsil məktəbi üzrə ümumilikdə 29 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə görə Nehrəm qəsəbə 1 nörəli tam orta məktəbi I yerə, Kərimbəyli kənd tam orta məktəbi II yerə, Cəhri qəsəbə 1 nömrəli tam orta məktəb III yerə, Şəkərəbad kənd tam orta məktəbi isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.
Müsabiqədə I yerə layiq görülən Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb H.Cavidin “İblis” əsəri ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.