SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir

"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
1-03-2021, 19:48

2021-ci ilin fevralında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı yanvar ayı ilə müqayisədə 0,21 faiz artıb.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,9 faiz təşkil edib.

“Safari” brauzerinin yanvar ayında payı dekabrla müqayisədə 1,12 faiz azalaraq 9,36 faiz təşkil edib.

“Samsung Internet” brauzerinin payı 0,05 faiz artaraq 5,05 faizə bərabər olub.

Eyni zamanda, yanvar ayında “Opera” brauzerinin internet bazarında payı 1,09 faiz artaraq 4,35 faiz təşkil edib.

“Yandex Browser” brauzerinin payı 0,1 faiz artaraq 1,22 faiz, "Microsoft Edge"in payı 0,85 faiz, "Mozilla Firefox"un payı 0,75 faiz təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930