18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının üzvü ilə birlikdə 2021-ci il 27 fevral tarixdə Naxçıvan şəhəri 54-cü məhəllə, döngə 4, ev 15 ünvanında yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Naxçıvan şəhəri 6-cı küçə, döngə 3, ev 27 ünvanında yaşayan Məmmədli Sevgi Mətləb qızı, Naxçıvan şəhər Tumbul kənd inzibati ərazi dairəsində yaşayan valideyn himayəsindən məhrum Ak İnci Cəmil qızı olmaqla ümumilikdə 4 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.