SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfada texniki servis mərkəzi yaradılıb

Culfada texniki servis mərkəzi yaradılıb
15-12-2018, 22:37

NAXCIVANXEBERLERI.COM xəbər verir ki, 2010-cu ildə fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazalarının yaradılmasına başlayıb. Şərur rayonundan sonra növbəti servis mərkəzi Culfa rayonunda yaradılıb.

Bu məqsədlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, servis mərkəzinin yaradılması sürücülərin vaxt itkisinin qarşısının alınması və əlavə xərclərə son qoyacaq. Sonra xidmət mərkəzinə baxış olub. Məlumat verilib ki, burada mühərrikçi, avtomobillərin diaqnostik müayinəsi, yağdəyişmə, təkər təmiri, təkərlərin 3D ölçüdə tənzimlənməsi, yuyucu, çilingər, avtomobil kondisionerlərinin təmiri kimi xidmət sahələri, iş otağı, anbar və ehtiyat hissələrinin satışı mağazası fəaliyyət göstərəcək. Yeni obyektdə 11 yeni iş yeri açılıb. Orta aylıq əməkhaqqı 350 manatdır.

Burada Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərlə yanaşı digər avtomobillərə də texniki xidmət göstəriləcək. Texniki xidmət mərkəzi Culfa və Ordubad rayonlarını əhatə edəcək.

Qeyd edəki ki bu rayonlarda 200-ə yaxın NAZ Lifan avtomobili istismardadır.

Culfada texniki servis mərkəzi yaradılıb
Culfada texniki servis mərkəzi yaradılıb
Culfada texniki servis mərkəzi yaradılıb
(nuhcixan)

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930