21:18 - Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir
20:56 - Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
20:21 - Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini məsləhətləşmələr aparıb
19:42 - Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO
19:23 - Naxçıvanda birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki məşğələ keçirilib-FOTO-VİDEO
19:10 - Deputat şəhid ailələri ilə görüşdü-FOTO
18:59 - Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO
18:34 - Rusiyada iki alpinist itkin düşüb
18:21 - İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb
18:17 - AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub
17:29 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:18 - Mövlut Çavuşoğlu: "Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
17:12 - Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
17:00 - Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO
Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazilriyinin Aparatında və struktur qurumlarında Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 29 il ötür. Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan zamanda öz mənfur simalarını bir daha büruzə verdilər.
29 il əvvəl törədilən Xocalı soyqırımı zamanı mühasirədə olan şəhər ağır hərbi texnika yeridilərək, dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilən bu dəhşətli cinayət əməli nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.
Sonda isə Xocalı faciəsi ilə bağlı videomateriala baxış olub.