SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş olunub

“Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş olunub
25-02-2021, 23:41

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin  birgə  təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, filmin nümayiş olunmasında əsas məqsəd şagirdlərə  qəhrəman oğullardan nümunə götürüb əsl vətənpərvər vətəndaş kimi  yetişməyi, yeganə düşmənimizin ermənilər olduğunu unutmamağı, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyi və  onlarda vətənpərvərlik hisslərini aşılamağı təbliğ etməkdən ibarətdir.  `

        Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cahan Abbasova qeyd edib ki, Xocalı faciəsi birmənalı şəkildə qəti olaraq soyqırım hesab edilir. Bu eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, cinayətdir.  Xocalı soyqırımının  Azərbaycan xalqının qan yaddaşına çevrildiyini və tarixinin bütün mərhələlərində qanlı  faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacağını vurğulayıb.

Sonda nümayiş olunan filmlə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930