SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
25-02-2021, 17:11

Tədbirdə ilk olaraq soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə  açan institutun rektoru Azad Novruzov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Qeyd edilib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə belə  müsibətlər gətirilib. Vurğulanıb ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib. Rektor həm də 44 gündə qazandığımız qələbədən söz açıb 30 ilə yaxın həsrətə Ali  Baş Komandanın və müzəffər ordumuzun sayəsində son qoyulduğunu diqqətə çatdırıb.

Daha sonar “Xocalı həqiqətləri: İnsanlığa  qarşı baş vermiş  cinayətlərin tarixi kökləri” mövzusunda çıxış edən İnstitutun baş müəllimi Arzu Abdullayev bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük  və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. İnsanlar erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçmağa çalışsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı bir cinayətdir. Bu faciə nəticəsində 613 nəfər həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir düşüb, onlarla ailə başsız qalıb - deyə qeyd edib.

Sonra tələbələrin ifasında adlı ədəbi-bədii kompozisiya təqdim olunmuş, şeirlər səsləndirilmişdir.

Sonda faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq rəsm əsərlərinin nümayiş olunduğu sərgiyə baxış olub. İnstitutun təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin təşkil etdiyi sərgi hər bir tələbənin Xocalı faciəsinə şəxsi baxış bucağı ilə seçilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930