SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda məktəblilərin dram müsabiqənin rayon mərhələsi keçirilib-FOTO

Sədərək rayonunda məktəblilərin dram müsabiqənin rayon mərhələsi keçirilib-FOTO
25-02-2021, 16:00

Fevralın 24-də Sədərək rayon məktəbliləri arasında dram müsabiqəsinin rayon mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqənin yanvarın 15-də keçirilən məktəbdaxili seçim mərhələsində Sədərək kənd 1 nömrəli tam orta məktəb üzrə Kitabi-Dədə Qorqud dastanının “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, Sədərək kənd 2 nömrəli  və Heydərabad qəsəbə tam orta məktəbləri üzrə  Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq”, Qaraağac kənd tam orta məktəbi üzrə isə İlyas Əfəndiyevin “Hökmdar və Qız” səhnələri qalib olaraq seçilmiş və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Sədərək rayon Mədəniyyət Evində keçirilən müsabiqənin rayon mərhələsində 4 məktəb üzrə ümumilikdə 32 şagird iştirak edib.

Rayon mərhələsinin yekun nəticələrinə görə I yerə Qaraağac kənd tam orta məktəbi, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəb, III yerə Sədərək kənd 1 nömrəli tam orta məktəb, həvəsəndirici yerə isə Heydərabad qəsəbə tam orta məktəbi layiq görülüb.

Qalib olan ümumtəhsil məktəbləri Sədərək Rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqədə I yerə layiq görülən Qaraağac kənd tam orta məktəbi İlyas Əfəndiyevin “Hökmdar və Qız" əsərindən “Hökmdar və oğlunun söhbəti” səhnəsi ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930